Konstitusiya Məhkəməsi Moldovanın Rusiyameylli prezidentini kənarlaşdırdı

Konstitusiya Məhkəməsi Moldovanın Rusiyameylli prezidentini kənarlaşdırdı

Moldova parlamentinin spikeri Andrian Kandu Prezident İqor Dodonun əvəzinədövlət başçısı səlahiyyətlərini icra edəcək.

Bundan başqa, spiker müdafiə nazirinin təyin edilməsi haqqında fərman imzalayacaq.

Oktyabrın 20-də Konstitusiya Məhkəməsi Nazirlər Kabinetinin prezidentin səlahiyyətlərini icra etməkdən imtina edəcəyi təqdirdə digər vəzifəli şəxsin dövlət başçısını əvəz etməsi ilə bağlı sorğusuna baxıb. Məhkəmə Moldova Prezidenti İ.Dodonun “müvəqqəti olaraq səlahiyyətlərini icra etmək qabiliyyətində olmadığını” bəyan edib və onun səlahiyyətlərinin parlament sədri və ya Baş nazir tərəfindən icrasına icazə verib.

İki gün əvvəl İ.Dodon parlamentin buraxılmasına, növbədənkənar seçkilərin və öz siyasətinə kütləvi dəstək aksiyalarının keçirilməsinə çağırmışdı: “Moldovanın növbədənkənar parlament seçkilərinin keçirilməsindən və prezident idarəçiliyi formasına keçiddən başqa yolu yoxdur”.

dle