Diktator Müqabe devrild

Diktator Müqabe devrild

93 yaşlı prezident 37 ildən sonra taxtdan salındı

Rus mənbələrinin verdiyi məlumata görə, diktaor Müqabenin həyat yoldaşı Qreys Muqabe ölkədən qaça bilsə də, onun özü ev dustaqlığına məhkum edilib.

***

Zimbabvenin hakim partiyası “Zimbabve Afrika Milli Birliyi – Vətənpərvər Cəbhəsi” bəyanat yayıb. Bəyanatda açıqlanan qərarın “xlaqın sağlamlığı naminə” zəruri olduğu bildirilir. “Nə Zimbabve, nə də partiya Müqabe və ya həyat yoldaşına məxsus deyil, bu gün yeni bir dövr başlayır” –açıqlamada deyilir. Yerli mətbuatın verdiyi məlumata görə, Müqabe istefa verməyə hazırlaşır və onun varisi daha əvvəl bildirildiyi kimi, həyat yoldaşı deyil, vitse-prezident Emmerson Mnanqaqva olacaq. “Mnanqava Zimbabvenin daha yaxşı gələcəyi üçün bizə kömək edəcək” hakim partiyanın bəyanatında bildirilir.

***

Zimbabve ordusu bildirir ki, prezident Robert Mugabe-nin ətrafındakı “kriminalları” hədəf götürərək hakimiyyəti ələ alıb, ancaq 93 yaşlı prezident və ailəsi “sağ-salamatdır”. Ordu həmin “cinayətkarların” ölkədə sosial və iqtisadi problemlər yaratdığını bildirir.

Reuters” agentliyi yazır ki, əsgərlər və zirehli maşınlar əsas hökumət idarələri, parlament və məhkəmələrə gedən yolları bağlayıb.

Bir şahidin sözlərinə görə, əhali bankların qabağında nağd pul çıxarmaqdan ötrü növbəyə durub, ictimai taksilər isə sakinləri işə aparır.

“Biz ancaq onun ətrafındakı, ölkəyə sosial və iqtisadi çətinliklər yaradan cinayətkarları hədəfə alırıq, onları ədalət mühakiməsinə təqdim etmək istəyirik”, – general mayor SB Moyo çərşənbə günü televiziyayla çıxışında deyib.

“Missiyamızı bitirən kimi durumun normallaşacağını gözləyirik”, – o, sözlərinə əlavə edib.

MALİYYƏ NAZİRİ HƏBS EDİLİB

Ordunun maliyyə naziri Ignatius Chombo-nu həbs etdiyi bildirilir.

Əsgərlər paytaxt Hararedə dövlət televiziyasını da tutub. Bundan öncə Mugabe-nin hakim ZANU-PF partiyası ordunun rəhbərini dövlətə xəyanətdə ittiham edib. Ordu rəhbəri general Constantino Chiwenga müdaxiləylə hədələyəndən 24 saat sonra paytaxtın əsas küçələrində zirehli texnika görünüb.

Mugabe Zimbabveni 37 ildir idarə edir.

Qərb onu despot sayır, hakimiyyətdə qalmaq üçün zorakılıqdan istifadəyə hazır olması, üstəlik, iqtisadiyyatı düzgün idarə etməməsi nəticəsində Afrikanın ən ümidverici ölkələrindən birinin məhvə sürükləndiyi bildirilir.

Birləşmiş Ştatlar və Britaniya Hararedəki vətəndaşlarına “siyasi qeyri-müəyyənlik” səbəbindən küçələrə çıxmamağı tövsiyə edib.

dle