Fədayə Laçın:”Mən aldadılmışam”

Fədayə Laçın:”Mən aldadılmışam”

Bakı Apellyasiya Məhkəməsində şikayətə münasibət bildirən Fədayə Laçın cəzasını çəkməyə hazır olduğunu deyib.

F.Laçın prosesdə bildirib ki, Bakı İstintaq Təcridxanasında cəza çəkməyi səhhətinə ciddi təsir edir:

“Səhhətimdə problem var. Mənim cinayətim sübuta yetirilərsə, cəza çəkməyə hazıram. Təcridxana əməkdaşlarından şikayətim yoxdur. Sadəcə şərait məni sıxır. Mən aldadılmışam”.

Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Bakıda məhbusların qaçmasında təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının Nəsimi rayon məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılb.

Hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti təmin olunmayıb.

dle