Ermənistanda xərçəng əməliyyatları pulsuz olacaq

Ermənistanda xərçəng əməliyyatları pulsuz olacaq

Ermənistan Səhiyyə naziri Arsen Torosyanın bildirdiyinə görə, yanvarın 23-dən Ermənistan vətəndaşları artıq onkoloji əməliyyatların pulunu öz ciblərindən ödəməyəcək. Dövlət bu xərcləri öz üzərinə götürəcək.

Əvvəllər dövlət əməliyyat üçün lazımi məbləğin bir hissəsini ödəyirdi. İndi vətəndaşlar dövlət tibb müəssisələrində onkoloji əməliyyatlar üçün ödəniş etməyəcəklər ” – Torosyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti müalicə xərclərinin ən azı bir hissəsini ölkənin sakinlərindən öz üzərinə götürməyə çalışır.

“Bu il bizim xərçəng xidmətləri üçün təxminən 700 milyon dram (təxminən 1,4 milyon dollar) var. Biz bu 700 milyonu nəyə sərf etməli olduğumuzu düşündük və müzakirələr nəticəsində qərara gəldik ki, biz vətəndaşların yükünü azaltmağa çalışmalıyıq” – nazir söyləyib.

Onun sözlərinə görə, əvvəllər dövlət çox az sayda onkoloji əməliyyatların ödənişlərini edirdi. Bu sistemi “dövlət təminatlı tibbi yardım” adlandırmaq “məntiqsiz” idi.

2018-ci ilin dekabrında Ermənistanda keçmiş müxalifətçi Nikol Paşinyanın ”Mənim addımım” bloku hakimiyyətə gəlib. Vəzifəyə gəldikdən dərhal sonra o, Ermənistanda bir sıra radikal islahatlar keçirilməsini təklif edib.

Eyni zamanda keçmiş SSRİ-nin bir sıra digər ölkələrində isə əksinə, xərçəng xəstəsi olan insanların müalicəsi tam və ya qismən xəstənin özü tərəfindən ödənilməli olduğu bildirilib.

Bu fikir Qazaxıstanın Səhiyyə Nazirliyi və Moskva merinin müavini Leonid Peçatnikov tərəfindən səsləndirilib.

dle