Gəncə işi ilə bağlı 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb

Gəncə işi ilə bağlı 4 nəfər məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Apelyasiya Məhkəməsində Gəncə hadisələrinə görə həbs olunanlardan bir qrupunun apelyasiya şikayəti üzrə növbəti proses keçirilib. Qadir Hüseynov, Kamal Məmmədtağıyev, Mireşqin Seyidov və Rauf Qurbanzadə məhkəmə zalından azadlığa buraxılıb. Bunların hər biri CM-in 220.1-ci (kütləvi iğtişaşların təşkili) maddəsi ilə ittiham olunmuşdu və 7 il iş almışdılar.

Bugünkü məhkəmədə dövlət ittihamçısı dörd nəfərin cəzasının 2 ilə, digərlərinin cəzasının isə 5 il 6 ay – 7 ilə endirilməsini istəyib.

Məhkəmə isə dörd nəfərin hər birinə 1 il cəza kəsib, həmin müddət başa çatdığına görə, onlar məhkəmə zalından azadlığa buraxılıb. Qalanların cəzası isə 4 il 6 ay – 6 ilə endirilib.

11 nəfərlik bu qrupa 22 fevral 2019-cu ildə hökm oxunmuşdu.

Quliyev Kamal Qüdrət oğlu CM 220.1, 315.2 – 8 il 6 ay

Süleymanov Raul Fazil oğlu CM 220.1, 315.2 – 8 il

Həsənov Ülvi Saləddin oğlu CM 220.1, 315.2 – 8 il

Allahverdiyev Vüqar Rauf oğlu CM 220.1, 315.2 – 8 il

İbrahimov Samir Ramiz oğlu CM 220.1, 228.1, 234.4.3, 315. – 10 il

Qafarov Xəyal Xaliq oğlu CM 220.1, 228.1, 234.4.3 – 10 il

Rzayev Əli Hüseyn oğlu CM 220.1, 234.1, 315.2 – 8 il 6 ay

Qurbanzadə Rauf Arif oğlu CM 220.1  – 7 il

Seyidov Mireşqin Nazim oğlu CM 220.1 – 7 il

Məmmədtağıyev Kamal Qabil oğlu CM 220.1 – 7 il

Hüseynov Qadir Fazil oğlu       CM 220.1  – 7 il

dle