Rәsulzadә gәmisini SOCAR vurdurub?

Rәsulzadә gәmisini SOCAR vurdurub?

“Palmali” şirkәtinә mәxsus Rәsulzadә gәmisinin vurulması ilә bağlı bәzi yeni mәlumatlar var. Şirkәtin prezidenti Mübariz Mәnsimov feysbukda mәlumat paylaşılıb ki, hadisәyә görә İstanbul prokurorluğunda cinayәt işi açılıb vә onların gәmisini vuran Doric Warrior gәmisi hәbs edilib. Mәnsimov bildirib ki, Rәsulzadә gәmisi tezliklә bәrpa olunacaq vә özünün yükdaşımalarını hәyata keçirәcәk.

Bu arada Türkiyәdә yaşayan ictimai fәal, SÖZbir İdarə Heyətinin üzvü Şəbnəm Karslı hadisә ilә bağlı maraqlı bir araşdırma aparıb vә nәticәlәrini paylaşıb. Onun aşkarladığına görә, Rәsulzadә gәmisini vuran Doric Warrior “SOCAR Ukrayna” şirkəti üçün çalışır. Ş.Karslı yazır: “İzlədiyim video və fotolardan qəzanın təsadüfi olmadığını düşündüm. Mən də qəzaya səbəb olan gəmini araşdırmağa qərar verdim. Doric Warrıor gəmisi Ocean Power Navigation adlı bir yunan şirkətinə aid olsa da, menecerliyini başqa yunan şirkəti həyata keçirir. Bu şirkətin adı Chios Navigation Hellasdır. Bu şirkətin hərəkət istiqaməti Ukraynadır, gəminin trayektoriyasını izlədikcə istiqamətlərinin Ukrayna olduğunu gördüm. Gəminin menecerliyini edən şirkətin eyni zamanda SOCAR Ukraynanın quru yüklərini daşıdığı da məlumdur. Düzü əvvəldən sonunun buralara gələcəyini təxmin etməmişdim. İşə Türkiyə polisi qarışıb, qəzanın “qəza” olmadığı ortaya çıxarsa səbəbi gün kimi ortadadır”.

Xatırladaq ki, Rәsulzadә gәmisi ötәn gecә İstanbulda limanda dayandığı yerdә vә mәhz adının üstündәn vurulub.

dle