Masallıda dəhşətli qəza: 8 ölü, 1 yaralı; toya gedən 2 ailə məhv oldu VİDEO

Masallıda dəhşətli qəza: 8 ölü, 1 yaralı; toya gedən 2 ailə məhv oldu VİDEO

Masallıda “KAMAZ” markalı avtomobilin “Mercedes Vito” markalı mikroavtobusla toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza yeni Ələt-Astara magistral yolunun Hüseynhacılı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıdan Lerikə toy məclisinə gedən Lerik sakinlərinin içində olduğu 2 mikroavtobusdan biri eyni istiqamətdə hərəkətdə olan Salyan rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Zeynalovun idarə etdiyi “KAMAZ” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 8 nəfər ölüb. 1 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Ölənlərdən 6 nəfər iki ailənin üzvləridir (hər birindən 3 nəfər).
Qəza nəticəsində ölənlər: Əlizahir Atalı oğlu Tağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev (2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016), Məmmədova Gültac Ələkbər qızı (1996), Məmmədova Aytac Ələkbər qızı (1995) və Məmmədov Elgün Ələkbər oğlu (1997).
dle