Vəkil məhkəmə zalında həbs olundu

Vəkil məhkəmə zalında həbs olundu

Bakıda vəkillərdən biri dələduzluqda təqsirləndirilərək həbs edilib. Məmmədvəli Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub. M.Cəfərov 6 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Dövlət ittihamçısı isə çıxışında onun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

M.Cəfərov Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərib.

dle