Elçin Sadıqov: “Jurnalist Polad Aslanovun işini aparan müstəntiq kənarlaşdırılıb”

Elçin Sadıqov: “Jurnalist Polad Aslanovun işini aparan müstəntiq kənarlaşdırılıb”

Jurnalist Polad Aslanovun cinayət işi ilə bağlı təzyiqə məruz qalmışam. Bununla bağlı rəsmi müraciət etmişəm. Hazırda işi aparan müstəntiqin dəyişdirilməsi və işin başqa müstəntiqə verilməsi barədə bizə məlumat verilib”, – vəkil Elçin Sadıqov bildirib.

Vəkil deyib ki, təzyiqə mrəuz qalması ilə bağlı Vəkillər Kollegiyası hələ fikir bildirməyib.

O qeyd edib ki, P.Aslanovun səhhətində problemlər var. Vəkil istintaqın gedişini şərh etməyib. “”Bizdən istintaq sirrini yaymamaq barədə iltizam alıblar. Bu səbəbdən bir söz deyə bilmirik”, – o bildirib.

İyulun 3-də vəkil bildirib ki, P.Aslanovun təkrar dindirilməsi ilə bağlı vəsatət qaldırdığına görə müstəntiq onu hədələyib.

* Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.

 

dle