Nəyə görə otellərdə 420 nömrəli otaq yoxdu? FOTO

Nəyə görə otellərdə 420 nömrəli otaq yoxdu? FOTO

Dünyanın bir çox otellərində 419 nömrəli otaqdan sonra 421 nömrəli otaq gəlir.
 
 
 
Yaxud başqa variantdan istifadə edilir: 420-nin əvəzinə 419+1 yazılır.
 
 
Bəs bu nə ilə əlaqədardır? AktualXəbər olaraq bu gün Sizlərə bu barədə məlumat verəcəyik.
 
Sən demə, 420 rəqəminin marixuana ilə sıx bağlılığı var, bu da müştərilərin asayişi üçün təhlükəlidir. Deyilənə görə, konkret bu otaqlarda narkotiklərlə bağlı xoşagəlməz hadisələr daha çox olur.
 
 
İlk öncə Avstraliyada, sonra isə  dünyanın bir çox ölkələrində, marixuana  sevərlər aprelin 20-də (Amerika ənənəsində bu belə yazılır 4/20) saat 4:20-də «öz bayramlarını» keçirirlər. Narkomanlar otellərə girərək qapının üzərindən 420 rəqəmini suvenir kimi oğurlayır, ya da məhz həmin otaqları sifariş edərək, orada marixuana çəkirlər.
 
 
Bu problemlərdən qurtulmaq üçün, otel sahibləri bacardıqları formada 420 rəqəmindən qurtulmağa çalışırlar.
dle